Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Türkiyəyə qarşı haqsızlıqda Azərbaycandakı siyasi partiyalar birlik nümayiş etdirdilər

0

  •          Mənfur ermənilər bütün dövrlərdə
    müxtəlif təxribatlara əl atmışdırlar. I Dünya Müharibəsi ərəfəsində ermənilərə
    qarşı  heç bir soyqırım həyata keçirilmədiyi
    halda Türkiyə dövlətinə qarşı öz məkrli siyasətlərini sübut etməyə
    çalışmışdılar. Tarixi faktlar araşdırılsa, əksinə həmişə türklərin soyqırıma məruz
    qaldıqları açıq-aydın görünəcək. Ermənilər tarixi faktları saxtalaşdıraraq
    “Böyük Ermənistan” dövləti yaratmaq iddiasında olmuşdular. Həmişə ermənilər
    türklərə qarşı genosid siyasət həyata keçirmişdilər. Onların fikri Türkiyə ərazisinin
    bir hissəsinin Ermənistana verilməsi və onlara təzminat ödənilməsi idi. Ermənilərin
    saxtakarlıqları tarix boyu  təkcə Türkiyəyə
    qarşı deyil eləcə də, Azərbaycana qarşı da yönəlmişdi. Ermənilər 1918-ci il  mart ayında 12 mindən çox türk-müsəlman əhalisini
    öldürmüş, 1992-ci ilin fevralında isə XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımını
    törətmişdilər.

            Təəssüf ki, ermənilərin bu qədər soyqırım
    törətməsinə baxmayaraq ABŞ Prezidenti erməni lobbilərinin təsiri altına düşərək
    aprel ayının 24-də “erməni soyqırımı” ifadəsini işlətmişdir.

            Belə bir  vəziyyətdə sözsüz ki, Azərbaycan dövləti
    qardaş Türkiyəyə qarşı biganə qala bilməzdi. Azərbaycanın bütün siyasi
    partiyaları birlik nümayiş etdirərək hər zaman Türkiyə dövlətinin yanında
    olduqlarını bildirdilər. Mənfi xislətli ABŞ prezidentinin qondarma “erməni
    soyqırımı” mövqeyini qətiyyətlə pislədilər. Siyasi partiyaların birliyi  bir daha Türkiyə -Azərbaycan qardaşlığının
    yenilməz olduğunu sübut etdi.

     Vəsilə Quliyeva,

                                                                                            Xocalı rayonundan məcburi köçkün 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib36 dəfə
    Türkiyəyə qarşı haqsızlıqda Azərbaycandakı siyasi partiyalar birlik nümayiş etdirdilər

    Maraqlı gələ bilər
    39
    49
    50
    39